Nazir direktoru işdən çıxardı – YENİ TƏYİNAT

2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru İlqar Əfəndiyev vəzifəsindən azad edilib.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Nazirin digər əmri ilə, Leyla Bəşirova 2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Unikal.az saytı yazıb.