Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Samux rayonunda iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Hadisə rayonun Əhmədbəyli kənd yolunda qeydə alınıb.

Yük və minik avtomobillərinin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Ceyhun Nəzərov aldığı xəsarətdən keçinib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *