Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb, pilot ölüb

Vilnüsdə yük təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb.

Bu barədə yerli “Delfi” portalı məlumat yayıb.

Təyyarədə dörd nəfər – iki pilot və iki sərnişin olub. Bildirilib ki, bir pilot ölüb.

İlkin məlumata görə, təyyarə DHL şirkətinə məxsusdur. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *