Nəbatət Bağına giriş BU QİYMƏTƏ olacaq

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Mərkəzi Nəbatət Bağının əsaslı təmirdən sonra açılışı baş tutub.

Median.Az lent.az-a istinadən xəbər verir ki, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə, 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilən bağa giriş 2 manat təşkil edir.

Qeyd edək ki, 2022-ci il noyabrın 19-dan etibarən Mərkəzi Nəbatət Bağına ziyarətçilər üçün girişi bağlanmışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *