Suraxanıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu X.Ələkbərov küçəsində qeydə alınıb.

Tural Mahmudzadə idarə etdiyi “Ford Transit” markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *