Təqaüdçülərə şad xəbər: Pensiyaların sığorta hissəsi artacaq

Gələn ilin əvvəlindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq.

Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

O bildirib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək:

“İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *