Bakıda şirkətdən 23 min manat oğurlanıb

Bakıda şirkətdən 23 min manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birindən 23 600 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, həmin şirkətdə işləyən 32 yaşlı O.İslamov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *