“Real Madrid”in fransalı ulduzu ili başa vurdu

“Real Madrid”in hücumçusu Kilian Mbappenin durumu ilə bağlı ilkin rəy bəlli olub.

Çempionlar Liqasının “Atalanta” ilə görüşündə zədələnən fransalı futbolçu 2024-cü ildə yaşıl meydanlara çıxmayacaq.

Onun aldığı xəsarətin nə dərəcədə ağır olması dəqiqləşməsə də, istənilən əzələ ağrıları üzündən Mbappe La Liqanın “Rayo Valyekano” ilə dekabrın 14-dəki görüşündə oynamayacaq. Onun dörd gün sonra Qitələrararası Kubokun finalını buraxacağı da dəqiqləşib.

Kilian Mbappe “Sevilya”ya qarşı 2024-cü ilin son sınağında da forma geyinməyəcək. Kilianın meydanı axsayaraq tərk etməsi də durumunun yaxşı olmadığını göstərir.

Qeyd edək ki, Mbappe “Atalanta” üzərindəki 3:2 hesablı səfər qələbəsinə bir qolla töhfə verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *