Ağdaşda FACİƏ: Kanalda boğulan şagirdin MEYİTİ TAPILDI (YENİLƏNİB)

Ağdaş rayon Qoşaqovaq kəndində 14 yaşlı oğlan Şirvan Suvarma kanalına düşərək boğulub.

Kanalda boğulan kənd sakini 2010-cu il təvəllüdlü Zakirli Vüqarın meyiti tapılıb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

* * * * *

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

Median.Az
“Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.

2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.

Nəticədə yeniyetmə suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.