Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib – VİDEO

Dənizkənarı Milli Parkın ərazisində dənizdə batan şəxs xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsinə düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş – 2003-cü il təvəllüdlü Samir Abdullayev dalğıclar tərəfindən xilas edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *