Naməlum avtomobil Bakının bir hissəsini qazsız qoydu

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsində naməlum avtomobil tərəfindən qaz xətti yararsız hala salınıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, nəticədə dekabrın 14-də saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb, 400 istehlakçının qaz təchizatında fasilə yaranıb.

Hazırda təmir-bərpa işləri aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *