HTŞ lideri prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb

Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əbu Məhəmməd əl-Colani ləqəbli Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürməyi istisna etməyib.

Apa xəbər verir ki, bunu əl-Colani “Al Araby” telekanalına müsahibəsi zamanı deyib.

“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, Suriya Ərəb Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, – deyə o bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *