Azərbaycan Premyer Liqası: “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura bir görüşlə yekun vurulacaq.

Son oyun günündə “Qarabağ” – “Sumqayıt”ı qəbul edəcək.

Görüş saat 19:00-da, “Azərsun Arena”da keçiriləcək.

Xatırladaq ki, turun digər oyunlarında “Neftçi” “Kəpəz”i 2:1, “Sabah” isə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Turan Tovuz”, “Şamaxı” – “Səbail” matçlarında isə hesab açılmayıb.

Qeyd edək ki, aktivində 39 xalı olan “Araz-Naxçıvan” turnir cədvəlinin vahid lideridir. “Qarabağ” 38 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 31 xalla “Turan Tovuz” qapayır. “Zirə” 27 xalla 4-cü, “Sabah” isə 26 xalla 5-cidir. 6-cı pillədəki “Sumqayıt”ın 19 xalı var. “Neftçi” 16 xalla 7-ci sırada qərarlaşıb. “Şamaxı” 14 xalla 8-ci, “Kəpəz” isə 10 xalla 9-cudur. Sonuncu pillədəki “Səbail”in isə cəmi 9 xalı var.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *