Neftçalada motosiklet kanala düşüb, ölən var

Neftçala rayonunda motosiklet kanala düşüb, ölən var.

Hadisə rayonun Sarıqışlaq kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb.

Qəza nəticəsində kənd sakini, 1962-ci il təvəllüdlü Məzahim Səttar oğlu Hüseynov hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *