Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Ş. Mehdiyev küçəsində qeydə alınıb.

Məzahir Kərimov idarə etdiyi “Hyundai Grandeur” markalı avtomobillə hərəkətdə olarkən piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *