Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Lerik, Yardımlı, Yevlax, Gəncə, Göygöl, Naftalan, Goranboy və Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/s təşkil edəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *