Ermənistanda deputat öldü

Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Mher Saakyan avtomobil qəzasında ölüb. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Bu barədə “Sputnik” məlumat yayıb.

Məlumata görə, parlamentari bazar günündən itkin düşmüşdü.

Onun meyiti bazar ertəsi Ararat rayonunun Tiqranaşen kəndi yaxınlığında avtomobildə tapılıb.

Məlum olub ki, “Honda Accord” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq kanala yuvarlanıb.

Saakyanın 37 yaşı və üç azyaşlı uşağı var idi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *