Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı

Çinin “China Southern” aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları yanvarın 20-dən martın 30-dək dayandırıb.

Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası məlumat yayıb.

Məlumata görə, hazırda dörd aviaşirkət Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir: “China Southern”dən başqa, bunlar “Aeroflot”, “China Eastern” və “Hainan Airlines”dır.

Uçuşların ləğvi 15-17 min insana təsir edə bilər. Qərarın səbəbləri hələ ki məlum deyil. Uçuşların ləğvinin Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiya hava məkanında uçuşlardan çəkinmək tövsiyəsi ilə əlaqəli olması mümkündür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *