Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb.

Median.Az APA-ya istinadla xəbər verir ki, Binəqədi rayon sakini Samirə Məmmədova onunla eyni ünvanda yaşayan qızı 2010-cu il təvəllüdlü Hüseynova Neyjan İmaməddin qızının yanvarın 13-də, saat 10:00 radələrində yaşadıqları evdən çıxıb naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Onun itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

Hazırda faktla bağlı Binəqədi RPİ-nin 5-ci PB-də araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *