Türkiyədə partiya sədri saxlanıldı

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Daha əvvəl onun barəsində Prezident ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün istintaq başladılıb.

Ü. Ozdağın ifadə verməsi üçün İstanbula gətiriləcəyi bildirilib.