AMB inflyasiya proqnozlarını yeniləyib

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,5%, 2026-cı ildə isə 3,8% ətrafında olacağı gözlənilir.

Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

“Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl AMB bu il üçün 5,8% illik inflyasiya proqnozlaşdırırdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *