Hikmət Mirzəyev Türkiyədə səfərdədir

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycan Quru Qoşunlarının komandanı, general-leytenant Hikmət Mirzəyevlə görüşüb.

Məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” səhifəsində dərc edilib.

Qeyd olunub ki, görüşdə Türkiyənin Quru Qoşunlarının komandanı general Selçuk Bayraktaroğlu da iştirak edib.