Saatlıda narkotik satışı ilə bağlı üç nəfər saxlanılıb

Saatlıda narkotiklərin satışı ilə bağlı üç nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar.

həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və bir ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *