“Azneft” dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI – VİDEO

Bakı şəhərində Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsində avtomobillərdən birində yanğın baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Həmin görüntüləri təqdim edirik:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *