Universitet müəllimi vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının baş müəllimi Hafiz Veysov dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, baş müəllim 67 yaşında vəfat edib.

Hafiz Veysov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Bir neçə elmi əsərin müəllifi olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *