Əfsanəvi “F-1” pilotunun dəbilqəsi hərraca çıxarıldı

“Formula-1″in əfsanəvi pilotu Mixael Şumaxerin dəbilqəsi hərracda satılıb.

Qoruyucu əşya 36 min avroya öz sahibini tapıb.

Şumaxer həmin dəbilqədən 1992-ci il mövsümündə “Benetton” komandasının heyətində çıxış edərkən Belçika Qran-prisində istifadə edib.

Qeyd edək ki, Mixael Şumaxer Spa-Frankoşarm trasında keçirilən yarışın qalibi olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *