Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Mercedes-Benz” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Sürücü E.Həsənov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *