Qəbələdə çaydan qadın meyiti tapıldı

Qəbələdə çaydan qadın meyiti aşkarlanıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, meyit rayon ərazisindən axan Türyançay çayında tapılıb.

Meyitin 1960-cı il təvəllüdlü, rayonun Savalan kənd sakini Maral Fətulla qızı Abdulrəhmanovaya məxsus olduğu müəyyənləşib.

İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya yıxılıb və dünyasını dəyişib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *