Polis Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi saxladı – VİDEO

Ağcabədi rayonunda şəhər ərazisində yerləşən müxtəlif mağazalardan oğurluqlar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Bəhram Yolçuyev saxlanılıb. Onun mağazalardan etdiyi oğurluqlar müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılaraq araşdırma aparılır. B.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *