Bakıda şirkət əməkdaşının avtomobildə meyiti tapıldı

Bakıda şirkətlərdən birinin əməkdaşı iş başında vəfat edib.

Median.Az teleqraf-a istinadən xəbər verir ki, hadisə fevralın 19-u saat 02 radələrində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində baş verib.

“Norm” sement şirkətində sürücü işləyən Abşeron rayon sakini 1964-cü il təvəllüdlü Səbirxan Məmmədovun meyiti idarə etdiyi “Shacman” markalı yük maşınında tapılıb.

Onun sükan arxasında infarkt keçirərək öldüyü bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *