Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Mercedes-Benz” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Sürücü A.Nuriyev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub.

Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *