Renat Dadaşovun karyerasını davam etdirəcəyi liqa bəlli oldu

Türkiyə təmsilçisi “Ankaragücü” ilə müqaviləsini ləğv edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.

25 yaşlı forvard “Radomyak”a keçir.

Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir. Hücumçu artıq Polşaya yollanıb.

Qeyd edək ki, “Radomyak”da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *