Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən bir yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirilib ki, hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

BDYPİ yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir və hərəkət iştirakçılarını bir daha qaydalara ciddi riayət etməyə çağırır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *