Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti açıqlandı

“Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində minaya düşən Nağı İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir”.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, 1963-cü il təvəllüdlü Nağı Novruz oğlu İmanov fevralın 21-də saat 20:40-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Ona partlayış travması, sağ baldırın aşağı üçdəbirinin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib”.

Qeyd edək ki, N.İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış hərbçisidir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *