Almaniyada məşhur boksçunun qətli ilə bağlı məhkəmə zamanı atışma: Yaralananlar var

Almaniyanın Bilefeld şəhərində məhkəmə binasının yaxınlığında atışma baş verib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Median.Az bu barədə WDR-a istinadla xəbər verir.

İddiaya görə məhkəmədə boksçu Besar Nimaninin qətli ilə bağlı proses gedib. 38 yaşlı tanınmış idmançıya 2024-cü ildə küçədə sui-qəsd törədilib, şübhəlilərdən biri həbs olunub, digəri qaçıb.

“Güllə səsləri küçədə saat 13:30-da, məhkəmə iclası keçirilən zaman eşidilib. Şahidlər bir neçə yaralı olduğunu bildirirlər”, – deyə xəbərdə qeyd olunub.

Ehtimala görə, yaralananlar məhkumun atası və qardaşıdır.

Polis əməkdaşları yaralılara yardım göstərir. Digər detallar dəqiqləşdirilir.

Hücumda şübhəlilərdən biri saxlanılıb. İkincisinin binada gizləndiyi ehtimal olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *