Hacıqabulda 10 yaşlı uşağı qatar vuraraq öldürüb

Hacıqabulda 2014-cü il təvvəllüdlü Qaçaylı Yusif Malik oğlunu qatar vuraraq öldürüb.

Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *