“Starbucks” Rusiya bazarına qayıdır

ABŞ-nin “Starbucks” şirkəti öz ticarət nişanını Rusiyada qeydiyyatdan keçirib.

Bu barədə Rusiya Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) məlumat yayıb.

Qeyd olunur ki, nişan dövlət qeydiyyatına martın 4-də alınıb, onun tamamlanması üçün son tarix 2034-cü il may ayının sonudur.