UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində daha dörd matç baş tutub.
“Banya Luka” – “Rapid” oyununda heç-heçə qeydə alınıb – 1:1. Görüşdə qolları ev sahiblərindən Vukoviç, qonaqlardan isə Bele vurub.
“Çelye” – “Luqano” oyununda isə ev sahibləri qələbəyə seviniblər – 1:0. Sloveniya təmsilçisinə qələbə qazandıran qolu Svetlin vurub.
“Yagelloniya” – “Serkl Brügge” matçında isə üç qol vurulub. Qarşılaşma Polşa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Pululunun dubla imza atdlığı görüşdə Romançuk da bir dəfə fərqlənib.
“Pafos” – “Dyürqarden” görüşü 1:0 hesabı ilə başa çatıb. Matçda yeganə qolu Tankoviç vurub.

Leave a Reply