Kolumbiyanın qərbində cinayətkarlar 29 polis əməkdaşını oğurlayıblar

Kolumbiyanın qərbində iğtişaşlar zamanı cinayətkarlar hüquq-mühafizə orqanının 29 əməkdaşını oğurlayıblar.

Bu barədə “Blu Radio” məlumat yayıb.

“İğtişaşlar zamanı polis və hərbçilərə vəhşicəsinə hücum edilib. 29 asayiş keşikçisinin oğurlandığı bildirilir”, – məlumatda qeyd olub.

Qarşıdurma zamanı hücum edənlər iki rəsmi avtomobili də yandırıblar.

Ölkənin müdafiə naziri Pedro Sançesin sözlərinə görə, cinayətləri Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvləri törədib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *