Tovuzdakı dəhşətli qəzanın DETALLARI: Ölən şəxsin bir ay sonra TOYU OLACAQMIŞ (YENİLƏNİB)

Tovuz rayonunda baş vermiş qəzanın təfərrüatı məlum olub.

Median.Az Teleqraf-a istinadən məlumat verir ki, ölən şəxsin bir ay sonra toy məclisi olacaqmış.

Qeyd edək ki, qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmov dünyasını dəyişib

* * * * *

Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İ. Rüstəmov dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *