Norveç dənizində güclü zəlzələ baş verib

Norveç dənizinin akvatoriyasında 6.6 maqnitudalı yeraltı təkan qeydə alınıb. Zəlzələ İslandiyanın paytaxtı Reykyavikdən 977 km şimal-şərqdə baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər yayıb.

Bildirilir ki, zəlzələnin episentri Norveçin Yan-Mayen adasından təxminən 8.5 km şimalda olub.

Episentrdə zəlzələnin intensivliyi “dağıdıcı” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6.5 bal olaraq qiymətləndirib. Xidmətin məlumatına görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *