Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi

Azərbaycan təmsilçisi Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib.

54 kq çəkidə mübarizə aparan Zeynəb Rəhimova 1/16 finalda Yekaterina Sıçevanı üstələyib.

O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *