CAR-da yol qəzası baş verib, 12 nəfər həlak olub

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində baş verən böyük yol qəzası nəticəsində 12 nəfər həlak olub, 45 nəfər xəsarət alıb.

Bu barədə AP agentliyi xəbər verir.

Məlumata görə, avtobus əsas hava limanının yaxınlığında şosedə aşıb. Qəzada başqa avtomobillər iştirak etməyib.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *