Binəqədidə yük avtomobili aşıb yolu bağladı

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov məlumat verib.

O bildirib ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

“NİİM yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirləri görür”, – deyə məlumatda qeyd olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *