Qəbələdə yaşayış binasında yanğın olub, sakinlər təxliyə ediliblər

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın doqquz nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Alovlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *