Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binə qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Əliyev Rəvan Nizami oğlu və onun sərnişinləri – 2003-cü il təvəllüdlü Hüseynova Zeynəb Məhərrəm qızı və 2005-ci il təvəllüdlü Bəyəliyeva İlkanə İlkin qızı xəsarət alıblar.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *