Metronun “Koroğlu” stansiyasında nə baş verib? – VİDEO

Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasının giriş hissəsində sıxlıq yaranıb.

Bir çox sərnişinə stansiyaya girməyə icazə verilməyib.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun “Koroğlu” stansiyasında infrastrukturla bağlı texniki xarakterli problem yoxdur.

“Sərnişin sıxlığı müşahidə olunub. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *