Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib

Tacikistan parlamenti Qırğızıstanla dövlət sərhədi haqqında sazişi ratifikasiya edib.

Bu barədə TASS-a parlamentin aşağı palatasından məlumat verilib.

Bu saziş ölkələr arasında mübahisəli ərazilər barədə təxminən 23 il davam edən danışıqlardan sonra martın 13-də Bişkekdə Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov tərəfindən imzalanıb.

Qırğızıstan və Tacikistan arasındakı sərhədin uzunluğu təxminən 980 km təşkil edir, o cümlədən mürəkkəb dağlıq relyefə malik ərazilərdən keçir.

Parlament üzvləri iclasda, həmçinin Qırğızıstan paytaxtında imzalanmış digər sənədləri də ratifikasiya ediblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *