Şəkidə AĞIR QƏZA – Ölənlər var

Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə səhər saat 9 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Suçma kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə nəticəsində “Mercedes” markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

Daha bir nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az