Sumqayıtda sirkə turşusu içən qadın ölüb

Sumqayıtda sirkə turşusu içən 72 yaşlı qadın həyatını itirib.

Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.

1953-cü il təvəllüdlü Toyxanım Nağıyevanın meyiti oğlunun yaşadığı evdə aşkarlanıb.

Onun ehtiyatsızlıq nəticəsində sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *